Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) ev sahibliyi edəcək.
Bu mötəbər tədbir regionda bir ilk olduğundan Azərbaycanın beynəlxalq aləmdə artan dəyərinin möhkəmləndirilməsində strateji əhəmiyyətə malikdir.
“AGRO TV Türkiyə və Azərbaycan” CEO-su Doğan Başaran və “Aqualink” MMC-nin baş direktoru Orxan Mikayıl arasında imzalanan xoş niyyət protokolu (memorandumu) ilə Bakıda “dayanıqlı gələcək” komissiyasının yaradılması qərara alınıb və birgə bəyanat verilib.
Bəyanatda qeyd edilir ki,Türkiyə və Azərbaycanda iqlim dəyişikliyi, dayanıqlı kənd təsərrüfatı, ətraf-mühitə qayğı,bərpa olunan (yaşıl) enerji kimi mövzularda fəaliyyət göstərdiyimiz üçün bu tədbirə dəstək olmağı özümüzə borc bilirik.
Türkiyə və Azərbaycanın ortaq olaraq bir çox sahədə uğurla həyata keçirdikləri mühüm layihələrə birgə addımlamaq və qardaşlıq yanaşması ilə yeni töhfə vermək üçün qurumlarımız və dəstək verən tərəfdaşlarımız adından hörmətlə bildiririk.
Hər iki ölkənin öz sahəsində aparıcı simalarından ibarət komissiya il boyu tədbirlər və konfranslar təşkil edəcək və hazırlanan hesabatlar ictimaiyyətlə paylaşılacaq. Bakının ev sahibliyi edəcəyi COP29 çərçivəsində Azərbaycan tərəfində yer tutaraq, müzakirələri izləyərək, panellər və tədbirlər təşkil edərək “dayanıqlı gələcək” komissiyası elm adamlarını, nüfuzlu mütəxəssisləri və ictimai şəxsləri, QHT nümayəndələrini, iqlim səfirləri və sektor nümayəndələrini bir araya gətirəcəyik.
Komissiyanın tərkibi aşağıdakı şəxslərdən ibarətdir:
TÜRKİYƏ TƏRƏFİNDƏN
Doğan Başaran – AGRO TV idarə heytinin sədri
Prof. Dr. Levent Kurnaz, Boğaziçi Üniversitesi Öğretim Üyesi ve İklim Değişikliği Politikaları ve Araştırmaları Merkezi Müdürü
Prof. Dr. Gökhan Özertan Boğaziçi Üniversitesi, Öğretim Üyesi, BOUN Tarım,
Prof. Dr. Bülent Gürçubuk, Ankara Üniversitesi Ziraat Fakültesi, Tarım Ekonomisi Bölümü Öğretim Üyesi
Dr. Öğr. Üyesi Özlem Tuğçe Keleş, İstanbul Gelişim Üniversitesi İİSBF, RTS Öğretim Üyesi,
Okan Dursun, BM Genç Lideri, Carbongate CEO’su
Alper Güven, Arkhe Innovate Direktörü, Arkhe İş Geliştirme Sorumlusu
AZƏRBAYCAN TƏRƏFİNDƏN
“Aqualink” MMC-nin icraçı direktoru Orxan Mikayıl
Emin Dostiyari – AQİSA sədri
Rövşən Abbasov – Xəzər Universitetinin Professoru
Amin Məmmədov - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.