“Toxumçuluğun inkişaf perspektivləri – sahəyə yeni baxış”-mövzusuna dair konfrans keçirilib.
Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkilatçılığı ilə “Toxumçuluğun inkişaf perspektivləri – sahəyə yeni baxış”-mövzusuna dair konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri, elmi tədqiqat institutlatının əməkdaşları, toxumçuluq üzrə assosiasiyaların, həmçinin özəl toxumçuluq nümayəndələri və toxumçu fermerlər iştirak edib.Konfransın keçirilməsində əsas məqsəd toxumçuluğu elmi əsaslarla inkişaf etdirmək, toxumçuluq sisteminə dövlət nəzarəti, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən fayfalanmaq, toxumçuluq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də özəl toxumçuluğun inkişaf perspektivləri və sahədə yeni innovativ texnologiyaların tətbiqini təşviq etməkdir. AXA sədri Sərdar Hacıyev toxumçuluqda mövcud vəziyyət və qarşıda duran hədəflər barədə məlumat verib.Bildirib ki, toxumçuluq kənd təsərrüfatının çox vacib sahəsi,aqrar sektorun inkişaf dinamikasını müəyyən edən amillərdən biridir.
Konfrans öz işink panel sessiyalarda davam etdirib. Müzakirələrdə toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.