MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri yenidən Rəşad Cabirli seçilib
Bugün MÜSIAD Azərbaycanın yeni idarə heyətinin üzvləri seçilib.
MÜSIAD Azərbaycan tərəfindən təşkil edilən proqramın birinci hissəsində dərnək üzvlərinin iştirakı ilə ümumi iclas baş tutub.
MÜSIAD Azərbaycanın sədri Rəşad Cabirli iclasın açılışını edərək dərnəyin fəaliyyətləri və gələcəkdə planlaşdırılan işlər haqqında məlumat verib.
Iclas zamanı dərnəyin keçən iki il ərzində gördüyü fəaliyyətlər haqqında hesabatlar təqdim edildikdən sonra MÜSIAD Azərbaycanın yeni idarə heyətinin seçilməsi üçün səsvermə prosesi baş tutub.
Səsvermə nəticəsində MÜSİAD Azərbaycan Yeni İdarə Heyəti üzvləri 1. Rəşad Cabirli, 2. Hüseyin Yapar, 3. Alim Şentürk, 4. Osman Yaqubov, 5. Emin Əzizli, 6. Azər Göyüşov, 7. Aslan Abdullayev, 8. Fatih Uzun, 9. Remzi Mişeli, 10. Zeki Gül, 11. Elvin Əliyev, 12. Akif Başoğlu təyin ediliblər.
Qeyd edək ki, MÜSİAD Azərbaycan tərkibində olan komissiyalar isə sırası ilə 1. Kənd Təsərüüfatı və Turizm Komissiyası, 2. Qurumsal Əlaqələr Komissiyası, 3. Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyası, 4. İnşaat və Tikinti Materialları Komissiyası, 5. Yaşıl və Rəqəmsal Transformasiya Komissiyası, 6. Təhsil və Mədəniyyət Komissiyası, 7. Maliyyə və Planlama Komissiyası, 8. İstehsal və Ticarət Komissiyası, 9. MÜSİAD Ticarət Ofisi (MTO), 10. Gənc MÜSİAD Azərbaycan təyin edilib.
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.