Fərrux Süleymanov: “Azərbaycan gələcəyini təmiz yaşılenerjinin ixracında görür.”
“Bu gün həm ölkə, həm də dünya mətbuatında əsas müzakirəolunan məsələlərdən biri Azərbaycanın bu ilin dekabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibliyidir. Ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq bu mötəbər tədbir Azərbaycanın bu istiqamətdə qazandığı təcrübənin vəverdiyi töhfələrinin təhlilini bir zərurət kimi qarşıya qoyur. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan öz təbiiresurslarından səmərəli istifadə etməklə dünyanın enerjitəhlükəsizliyinin təminatında aparıcı rol oynayır. İllər keçdikcəAzərbaycan qaz ixracatçısına çevrildi. Bu günümüzünreallıqlarının fonunda isə böyük əminliklə bildiririk ki, Azərbaycan baxmayaraq zəngin neft və qaz resurslarınamalikdir, gələcəyini təmiz yaşıl enerjinin istehsalında vəixracında görür. Hazırkı dövrün əsas çağırışlarından biribərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Ölkəmizin bu sahədə malik olduğu imkanlar beynəlxalqsəviyyədə təqdir edilir.”
Bu fikirləri “Prior Leasing” şirkətinin Kənd TəsərrüfatıSahəsi üzrə rəhbəri Fərrux Süleymanov bildirib.
F. Süleymanov qeyd edib ki, dövlət başçısı İlham ƏliyevinSərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminəhəmrəylik İli” elan edilməsi özündə bütün məqamları ehtivaedir. Bir daha təsdiqlənir ki, yaşıl enerji növlərinin yaradılmasıvə yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerjisiyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalınınqoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyib. Təmiz ətrafmühit və “yaşıl artım” ölkəsi hədəfi dövlət başçısı İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncam əsasında təsdiqlənən“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Bu çağırışların həyata keçirilməsiqarşıya əsas vəzifə kimi qoyulur. Belə ki, ölkədə keyfiyyətli vətəmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadətəmin edilməlidir. Uzun illər ərzində yaranan ekolojiproblemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqətmərkəzində olmalıdır. İqtisadi artımla ekoloji mühit tarazlıolmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlbedilməklə mövcud resurslarımız bərpa edilməlidir. Ölkəninkeyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadəetməklə ödənilməlidir. Ən mühüm hədəflərdən biri indiki vəgələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekolojibaxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqigenişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqlaiqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerjimənbələrinin ilkin istehlakda payı artırılmaqla iqlimdəyişikliklərinə təsiri azaldılmalıdır. Biz də öz fəaliyyətistiqamətimizdə ölkəmizdə aparılan “yaşıl enerji” siyasətinədəstək məqsədilə innovativ texnikaların Azərbaycan bazarınaçıxarılmasını təmin edərək kənd təsərrüfatına və fermerlərə həmekoloji, həm də iqtisadi baxımdan töhfə verməyə çalışırıq.
F. Süleymanov bu mühüm məqamı da xüsusi qeyd edib ki,ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyəxüsusi əhəmiyyət verir. Əsas hədəf iqlim dəyişmələrinə qarşıqlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər birtədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarınverilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyükhörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobalsəviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrininqarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariznümunəsidir. Cənab İlham Əliyev sözügedən tədbirinkeçirilməsi ilə əlaqədar müşavirədə bu inamı ifadə etdi ki, COP29 ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünügöstərəcək. Bir daha sübut olunacaq ki, ölkəmizin gündəliyiyaşıl enerji ilə bağlıdır.
Fərrux Süleymanov
“Prior Leasing” şirkətinin baş direktorunun müavini
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.