Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib
Səpin ərəfəsində Kənd Təsərrüfatı Nazirliyinin, pambıqçılıq rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, pambıq tədarükü və emalı şirkətlərinin iştirakı ilə çoxsaylı görüşlər keçirilib. Belə ki, sahənin inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilərək, onların həlli məqsədilə Nazirliyin müvafiq qurumları tərəfindən tədbirlər planı hazırlanıb və bu tədbirlərin aidiyyəti üzrə icraçıları və müddətləri müəyyən edilib.
Aprelin ikinci ongünlüyündə pambıq tarlalarında çiyid səpininə başlanılıb və artıq 17.7 min ha sahədə səpin həyata keçirilib.
Nazirliyin əməkdaşları ölkənin aparıcı pambıqçılıq rayonlarından olan Sabirabadda çiyid səpininin gedişatı ilə tanış olublar.
Bu il Sabirabadda pambıq emalı və tədarükü şirkətləri 2655 fermer ilə 11400 hektar sahədə pambıq əkininə dair müqavilə imzalayıblar. Əkin aparılacaq bütün sahələrdə şum işləri artıq başa çatıb və 2.0 min hektara yaxın sahədə isə çiyid səpini həyata keçirilib.
Qeyd edək ki, bu il 2022-ci ildə bir illə müqayisədə sahələrdən 35259 ton artıq məhsul yığılıb.
Haqqımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.