Dünya miqyasında yüksək keyfiyyətli süfrə üzüm sortlarının yetişdirilməsi və becərilməsi üzrə ixtisaslaşmış qlobal ailə şirkəti olan “Grapa Varieties” ilə Azərbaycanın üzümçülük rayonlarına texniki tur keçirilib. "Mars Agro Plant" və "Grapa Varieties" ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlığı çərçivəsində istehsal və investisiya sahəsində yeni layihələr üçün ilk addımlar atılıb.
"Mars Agro Plant" şirkətinin təsisçisi Hamza Yıldız: “İnnovativ həllərimiz, məsləhətlərimiz və dünyanın qabaqcıl istehsalçıları ilə birlikdə həyata keçirdiyimiz işlərimizlə fərq yaratmağa və kənd təsərrüfatına dəyər qatmağa davam edəcəyik” – deyə bildirib.
Qeyd edək ki, 10-15 oktyabr 2023-cü il tarixlərində Bakıda "Grapa" şirkətinin rəsmiləri və yeni investorların iştirakı ilə üzüm dequstasiyası günü keçiriləcək.
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.