Ötən həftə Bakıda Biznes Partnyorları Klubunun (BPC) təşkilatçılığı ilə İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ilə işgüzar səhər yeməyi olub.
Görüşdə Azərbaycanın 40-dan artıq tanınmış biznes nümayəndələri iştirak ediblər.
Görüşü Biznes Partnyorları Klubunun İdarə Heyətinin sədri Gülpəri Bayramova açaraq qonaqları salamlayıb, səfirə dəvəti qəbul edib görüşə qatıldığı üçün təşəkkür edib.
Öz növbəsində səfir Ömər Bərəkət əl-Nahar Azərbaycanda olmaqdan məmnun olduğunu vurğulayıb, görüşün təşkili üçün Biznes Partnyorları Klubunun təşəbbüsünü alqışlayıb.
Sonra İordaniya Krallığı haqqında təqdimat nümayiş olunub.
Sonda Klub adından səfirə əl işləri ilə bəzədilmiş “Xarıbülbül” kompozisiyası təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharın etimadnaməsini qəbul edib.
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.