İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 43-cü sessiyası öz işinə başlayıb. İyulun 7-dək davam edəcək sessiyada Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov da iştirak edir.
Sessiya iştirakçıları planetin su ehtiyatlarından səmərəli istifadə, su ehtiyatlarının inteqrasiya olunmuş effektiv idarəçiliyi, atmosfer yağıntılarının azalması və regionlar üzrə qeyri-bərabər paylanması, quraqlıq, daşqın, sel və subasmaların aqrar sektora mənfi təsirinin minimuma endirilməsi və digər mövzuları müzakirə edəcəklər.
Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirib. Belə ki, nazir Məcnun Məmmədov Estoniya, Şimali Makedoniya, Özbəkistan və Moldovadan olan həmkarları ilə ölkələrimiz arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, aqrar tədqiqatlar və texnologiyalar sahəsində təcrübə mübadiləsi və s. qarşılıqlı maraq kəsb edən mövzular ətrafında müzakirələr aparıb.
Nazir Məcnun Məmmədovun FAO-nun 43-cü sessiyasında su resurslarından səmərəli istifadə mövzusunda dəyirmi masada çıxışı nəzərdə tutulur.
Qeyd edək ki, sessiya davam edir.
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.