Fermerlər payızlıq taxıl səpinində aqrotexniki tədbirləri vaxtında yerinə yetirməlidirlər
Bildiyiniz kimi regionlarda payızlıq taxıl səpini uğurla davam edir. Hazırda ölkənin yüksək dağlıq əraziləri yanaşı dağətəyi və aran zonalarında da payız əkini işləri həyata keçirilir. Bəzi bölgələrdə hava şəraitinin qeyri sabit keçməsinə baxmayaraq, payızlıq taxıl səpini vaxtında və keyfiyyətlə başa çatdırılması üçün fermer və sahibkarlar bütün qüvvələrni səfərbər ediblər.
Bu fikirləri AGRO TV-ə Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva deyib.
Onun sözlərinə görə, ölkədə taxıl istehsalı 2003-cü illə müqayisədə 1,5 dəfə artaraq 2022-ci ildə 3112.1 min ton olub. Fermerlər gələn ildə də sahələrdən bol məhsul götürmək üçün aqrotexniki tədbirləri vaxtında yerinə yetirməlidirlər.
M.Əliyeva bildirib ki, yüksək məhsul alınması üçün bölgənin torpaq iqlim şəraitinə uyğun olan, biotik (xəstəlik və zərərvericilər) və abiotik (quraqlıq, şaxta, qış, külək, yüksək temperatur və s.) amillərə davamlı sortlar seçilməli və mənşəyi məlum olan, tam təmizlənərək kondisiyaya çatdırılmış sertifikatlı toxum materialı götürülməlidir. Toxum sürmə və digər göbələk xəstəliklərinə qarşı müvafiq funqisidlərlə dərmanlanmalıdır. Payızlıq buğdanın səpin norması əkilən sortdan asılı olaraq buğda üçün hektara 180-220, arpa üçün isə hektara 140-160 kiloqram təşkil edir. Bununla yanaşı əgər sahəyə səpindən əvvəl gübrə verilməyibsə, o zaman səpinlə birlikdə yenə sələfdən asılı olaraq hər hektara fiziki çəkidə 100-200 kiloqram ammofos və ya nitroammofoska gübrəsinin verilməsi lazımdır.
Azərbaycan Toxumçular Assosiasiyası fermerlərə bir daha çağırış edərək bildirir ki, yüksək məhsuldarlıq əldə etmək üçün, ilk növbədə, düzgün toxum seçimi, toxumun təmizliyi, cücərdilmə qabiliyyətinin yüksək olması, həmçinin sertifikatlı olması əsas şərtlərdən biridir.
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.