Azərbaycanda ting yetişdirmə sektorunda innovativ texnologiyadan istifadə edən “Grand-Agro Invitro” MMC ölkə tarixində ilk dəfə Qırğızıstana calaqaltılar ixracına başlayır. Bu, təkcə şirkətin tarixində deyil, eləcə də, Azərbaycan tarixində də ilk hadisədir.
Şirkət ümumi həcmi 100 min ədəd olan müxtəlif növdə calaqaltıları Orta Asiya ölkəsinə ixrac etməklə ölkənin qeyri-neft, o cümlədən kənd təsərrüfatı sektoruna dəstək olmuş olur.
Qeyd edək ki, “Grand-Agro Invitro”dan hazırda daxili bazarın müəyyən hissəsini həm calaqaltı, həm də meyvə tingləri ilə təmin edən şirkətdir. İndi isə əsas məqsədlərdən biri xarici bazara ixracı yüksəltməklə, bu sahə üzrə Azərbaycan brendini formalaşdırmaqdır.
Şirkətin İcraçı Direktoru Taleh Zeynalov mətbuata verdiyi açıqlamada bildirib ki, xaricə ixrac ediləcək məhsullar əsasən gilas və albalı üçün nəzərdə tutulan calaqaltılardır. Bu calaqaltılar Qırğızıstanda yerli aqrar şirkətlər tərəfindən alındıqdan sonra üzərində meyvələr calaq ediləcək.
Onu da bildirək ki, “Grand-Agro Invitro” illik 4 milyon ting və calaqaltı istehsal gücünə malikdir.
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.