Yay aylarına nisbətən orucluq müddəti azalsa da, dietoloqlar Ramazan ayında immunitet sisteminin qorunmasına diqqət çəkirlər. Xüsusilə sıx bir protein qaynağı olan süd və süd məhsulları oruc tutanları uzun müddət tox tutduğu üçün hər yeməkdə süfrələrdə olması tövsiyə edilir.
Bu il Ramazan ayında oruc tutanlar təxminən 14 saat ac qalacaqlar. Dietoloqlar bu mövsümdə uzun saatlar ac qalmanın səbəb ola biləcəyi sağlamlıq problemlərinin qarşısını almaq üçün onlara protein qaynağı olan süd və süd məhsullarını öz qida rasionlarına daxil etməyi tövsiyə edir. Ramazan ayında oruc tutan insanların həm balanslaşdırılmış qidalanma, həm də immunitet sistemini qorumağa kömək edən qidalardan istifadə etmələrini tövsiyə edən mütəxəssislərin sözlərinə görə, Ramazan ayında zülal və kalsiumla zəngin qidaların seçilməsi oruc tutanların sağlamlığında mühüm yer tutur. Belə ki, bu onlara uzunmüddətli toxluq hissi verir və həzmi asanlaşdırır.
Elza Hacıyeva, Agro TV Azerbaijan
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.