Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Bərdədə keçirilib. Bərdə Peşə Liseyində baş tutan festivalda Kənd Təsərrüfatı Nazirliyinin bütün tabeli qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki bir sıra peşə təhsil müəssisələri, 80-dən çox yerli və xarici şirkət, həmçinin müxtəlif layihə və startaplar iştirak edib.
Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son illərdə peşə təhsili sahəsində aparılan islahatların öz nəticəsini göstərməyə başladığını və qəbul olunan tələbə sayının son 3 ildə 50%-dən çox artaraq 19000-ə çatdığını qeyd edib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə bildirib ki, festival kənd təsərrüfatı məhsul istehsalçıları ilə peşə təhsil müəssisələri arasında əməkdaşlığın daha da güclənməsinə öz müsbət təsirini göstərəcək.
Tədbir zamanı aqrar sahənin inkişafı məqsədilə prioritet istiqamətlər üzrə fermerlər üçün təlimlər təşkil edilib. Festivalın gedişində həmçinin peşə təhsil müəssisələrinin tələbələri üçün kənd təsərrüfatına marağın artırılması və gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə suvarma, bitki mühafizə tədbirləri sahəsində fəaliyyət göstərən özəl şirkətlər tərəfindən məlumat sessiyaları keçirilib.
Qeyd edək ki, festival Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə vermək, kənd təsərrüfatı ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi məqsədilə təşkil edilib.
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.