Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində “Ümumrusiya Tarla Günü – 2023” keçirilib.
Rəsmi açılış zamanı Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev qeyd edib ki, “Ümumrusiya Tarla Günü” kənd təsərrüfatı və əlaqəli sənaye sahələrində qabaqcıl nailiyyətlərin nümayişidir.
Təntənəli açılış çərçivəsində Dmitri Patruşev və Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov aqrar-sənaye kompleksinin ən yaxşı işçilərini mükafatlandırıb, həmçinin sərginin ekspozisiyası ilə tanış olublar.
Qeyd edək ki, bu il “Ümumrusiya Tarla Günü”ndə bitkiçilik, heyvandarlıq, emal, elm, texnologiya, bank sektoru və kənd təsərrüfatı texnikasının nümayəndələri iştirak ediblər. 45 hektar sahədə 235 şirkət, 300-dən çox kənd təsərrüfatı texnikası və 250-dən çox müxtəlif növ kənd təsərrüfatı bitkiləri yerli seleksiya ilə təmsil olunub.
Hakkımızda
Biz ”Agro TV Azərbaycan”, “Agro Jurnal” və hazırda üzərində çalışdığımız xəbər portalımız ilə birlikdə iki qardaş ölkənin kənd təsərrüfatı sahəsində imkanlarının təbliğinə çalışırıq. Məqsədimiz Azərbaycanın sürətlə inkişaf edən kənd təsərrüfatında pay sahibi olmaqdır.
Müəllif hüquqları qorunur.
ZeplinGo® | Web Sitesi Tasarımı ile hazırlanmıştır.